Surə 38 · Cüz 23
Sad · 38:30
وَوَهَبْنَا لِدَاوُودَ سُلَيْمَانَ ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ
30. Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima Allaha üz tutardı.
Təfsir
Biz Öz tərəfimizdən Davuda bir nemət olaraq və gözü aydın olsun deyə, oğlu Süleymanı bəxş etdik. Süleynman nə gözəl qul idi! O, Allaha tez-tez tövbə edər, Ona yalvarar və Ona üz tutardı.