Surə 38 · Cüz 23
Sad · 38:4
وَعَجِبُوا أَنْ جَاءَهُمْ مُنْذِرٌ مِنْهُمْ ۖ وَقَالَ الْكَافِرُونَ هَٰذَا سَاحِرٌ كَذَّابٌ
4. Kafirlər öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edib dedilər: “Bu, yalançı bir sehrbazdır!
Təfsir
Onlar öz içərilərindən onları, küfrdən əl çəkməyəcəkləri təqdirdə Allahın əzabına düçar olacaqları barədə xəbərdar edən bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər Muhəmmədin (səllallahu aleyhi və səlləm) doğru danışdığını təsdiqləyən dəlilləri gördükləri zaman dedilər: “Bu adam, insanları sehrləyən bir sehrbazdır, onun Allahın rəsulu olması və ona vəhy nazil olması iddiası da, yalandır.