Surə 38 · Cüz 23
Sad · 38:3
كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنْ قَرْنٍ فَنَادَوْا وَلَاتَ حِينَ مَنَاصٍ
3. Biz onlardan öncə də neçə-neçə nəsilləri məhv etmişik. Onlar yalvarıb imdad diləyirdilər, lakin artıq qurtulma vaxtı keçmişdi.
Təfsir
Biz onlardan əvvəl öz peyğəmbərlərini yalançı saymış neçə-neçə nəsilləri məhv etdik. Onlara əzab gəldiyi zaman yalvarıb imdad diləyirdilər, lakin artıq əzabdan qurtulma vaxtı bitmişdi, onların əzabdan xilas olmaq üçün yalvarmasının onlara heç bir faydası yox idi.