Surə 38 · Cüz 23
Sad · 38:28
أَمْ نَجْعَلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَالْمُفْسِدِينَ فِي الْأَرْضِ أَمْ نَجْعَلُ الْمُتَّقِينَ كَالْفُجَّارِ
28. Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıqmı?
Təfsir
Biz Allaha iman gətirən və Onun rəsuluna tabe olan, üstəlik, yaxşı işlər görən kimsələri, küfr və asiliklər etməklə yer üzündə fitnə-fəsad törədən kimsələrə tay tumarıq. Eləcə də, Rəbbinin əmrlərini yerinə yetirib Onun qadağan etdiyi əməllərdən çəkinərək Ondan qorxan kimsələri, günaha batmış kafirlərə və münafiqlərə tay tutmarıq. Onları bir-birinə tay tutmaq haqsızlıqdır və belə etmək uca Allaha yaraşmaz. Əksinə, Allah təqvalı möminləri Cənnətə daxil etməklə mükafatlandırar, bədbəxt kafirləri isə Cəhənnəmə daxil etməklə cəzalandırar. Onlar Allah yanında eyni deyillər deyə, əməllərinin əvəzi də Onun yanında eyni ola bilməz.