Surə 38 · Cüz 23
Sad · 38:1
ص ۚ وَالْقُرْآنِ ذِي الذِّكْرِ
1. Sad. Öyüd-nəsihətlə dolu Qurana and olsun!
Təfsir
﴾Sad.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır. Allah, insanlara həm bu dünyada, həm də axirətdə fayda verəcək əməlləri onlara xatırladan Qurana and içir. Bu, heç də müşriklərin zənn etdiyi kimi - Allahın şəriklərinin olması demək deyildir.