Surə 38 · Cüz 23
Sad · 38:39
هَٰذَا عَطَاؤُنَا فَامْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍ
39. və buyurduq: “Bu Bizim hədiyyəmizdir! Bunlardan istədiyinə versən də, verməsən də səndən haqq-hesab tələb olunmayacaqdır”.
Təfsir
Ey Süleyman, bu, sənin Bizdən istədiyinə cavab olaraq, Bizim sənə verdiyimiz hədiyyəmizdir! Bunlardan istədiyinə versən də, verməsən də, səndən (bu nemətlərdən istədiyinə) verib və ya vermədiyin barədə haqq-hesab tələb olunmayacaqdır.”