Surə 38 · Cüz 23
Sad · 38:32
فَقَالَ إِنِّي أَحْبَبْتُ حُبَّ الْخَيْرِ عَنْ ذِكْرِ رَبِّي حَتَّىٰ تَوَارَتْ بِالْحِجَابِ
32. Süleyman dedi: “Mən, günəş üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum – atlar məni əsr namazından yayındırdı”.
Təfsir
Süleyman dedi: “Mən, günəş üfüqdə batanadək mal-dövlətə - bu atlara olan sevgini Rəbbimi zikr etməkdən üstün tutdum və əsr namazını gecikdirdim.”