Surə 38 · Cüz 23
Sad · 38:54
إِنَّ هَٰذَا لَرِزْقُنَا مَا لَهُ مِنْ نَفَادٍ
54. Bəli, bu Bizim verdiyimiz nemətdir. O, tükənməzdir.
Təfsir
Zikr etdiyimiz bu mükafat, həqiqətən də, Bizim qiyamət günü müttəqilərə verdiyimiz ruzidir. O, davamlı ruzidir, nə tükənər, nə də bitər.