Muhammad

سورة محمد

Surə 47 · Mədani · 38 ayə

47:1Cüz 26 · s. 507

الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ أَضَلَّ أَعْمَالَهُمْ1

1. Kafirlərin və insanları Alla­hın yo­lundan sapdıranların əməl­lə­­rini Allah puça çıxar­mış­dır.
47:2Cüz 26 · s. 507

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَآمَنُوا بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍ وَهُوَ الْحَقُّ مِنْ رَبِّهِمْ ۙ كَفَّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ2

2. İman gətirib yaxşı işlər görənlərin, öz Rəbbindən ger­çək hə­qi­qət kimi Mu­həmmədə nazil edilənə inananların isə Allah gü­nah­la­rından keç­miş və onların vəziyyətini yaxşılaş­dır­mışdır.
47:3Cüz 26 · s. 507

ذَٰلِكَ بِأَنَّ الَّذِينَ كَفَرُوا اتَّبَعُوا الْبَاطِلَ وَأَنَّ الَّذِينَ آمَنُوا اتَّبَعُوا الْحَقَّ مِنْ رَبِّهِمْ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ لِلنَّاسِ أَمْثَالَهُمْ3

3. Bu ona görədir ki, kafir­lər batilə uymuş, iman gəti­rən­lər isə öz Rəb­bin­dən gələn hə­qi­qə­tə bağlanmışlar. Belə­cə, Allah in­sanlara on­lara aid misallar çəkir.
47:4Cüz 26 · s. 507

فَإِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقَابِ حَتَّىٰ إِذَا أَثْخَنْتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاءً حَتَّىٰ تَضَعَ الْحَرْبُ أَوْزَارَهَا ۚ ذَٰلِكَ وَلَوْ يَشَاءُ اللَّهُ لَانْتَصَرَ مِنْهُمْ وَلَٰكِنْ لِيَبْلُوَ بَعْضَكُمْ بِبَعْضٍ ۗ وَالَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ فَلَنْ يُضِلَّ أَعْمَالَهُمْ4

4. Döyüşdə kafirlərlə qarşı-qarşıya gəl­diyiniz zaman bo­yun­la­rı­nı vurun. Nə­ha­yət, on­ları qırıb zəiflətdikdə əsirlərə bağ­­la­dığınız kən­dirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyə­siz, ya da fid­yə alıb azad edin. Müharibəyə son qo­yula­nadək kafirlərlə belə rəftar edin. Bax belə! Əgər Allah is­təsəydi, onlardan dö­yüş­süz də intiqam alar­dı. Lakin O sizi biri-biri­niz­lə sınağa çəkmək üçün belə etdi. Allah Öz yo­lunda öldürülən­lə­rin əməllərini heç vaxt boşa çı­xart­maz.
47:5Cüz 26 · s. 507

سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ5

5. Allah onları doğru yola yönəl­də­cək, onların halını yax­şı­laş­dı­ra­­caq
47:6Cüz 26 · s. 507

وَيُدْخِلُهُمُ الْجَنَّةَ عَرَّفَهَا لَهُمْ6

6. və onları özlərinə tanıt­mış olduğu Cənnətə daxil edəcək­.
47:7Cüz 26 · s. 507

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَنْصُرُوا اللَّهَ يَنْصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ7

7. Ey iman gətirənlər! Əgər siz Alla­ha (Onun dininə) kö­mək gös­tər­səniz, O da sizə kö­mək göstərər və ayaq­ları­nızı möh­kəm­lə­dər.
47:8Cüz 26 · s. 507

وَالَّذِينَ كَفَرُوا فَتَعْسًا لَهُمْ وَأَضَلَّ أَعْمَالَهُمْ8

8. Qoy məhv olsun kafirlər! Allah onların əməllərini puça çıxar­dar.
47:9Cüz 26 · s. 507

ذَٰلِكَ بِأَنَّهُمْ كَرِهُوا مَا أَنْزَلَ اللَّهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ9

9. Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət et­dilər, O da onla­rın əməllərini puça çıxartdı.
47:10Cüz 26 · s. 507

۞ أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ دَمَّرَ اللَّهُ عَلَيْهِمْ ۖ وَلِلْكَافِرِينَ أَمْثَالُهَا10

10. Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əv­vəl­ki­lə­rin aqibə­ti­nin necə oldu­ğu­nu görmürlərmi? Allah on­ları yerli-dib­li yox etmişdir. Kafir­ləri də buna bənzərləri gözlə­yir.
47:11Cüz 26 · s. 507

ذَٰلِكَ بِأَنَّ اللَّهَ مَوْلَى الَّذِينَ آمَنُوا وَأَنَّ الْكَافِرِينَ لَا مَوْلَىٰ لَهُمْ11

11. Bu ona görədir ki, Allah mö­min­lərin Himayəçisidir. Ka­fir­lə­rin isə heç bir himayəçisi yoxdur.
47:12Cüz 26 · s. 508

إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ وَالَّذِينَ كَفَرُوا يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ الْأَنْعَامُ وَالنَّارُ مَثْوًى لَهُمْ12

12. Allah iman gətirib yaxşı işlər gö­rənləri ağacları altın­dan çay­lar axan cən­nətlərdə yerləşdirər. Kafirlər isə mü­vəq­qəti ola­raq kef çəkər, heyvan ki­mi yeyib-içərlər. On­ların yeri Oddur!
47:13Cüz 26 · s. 508

وَكَأَيِّنْ مِنْ قَرْيَةٍ هِيَ أَشَدُّ قُوَّةً مِنْ قَرْيَتِكَ الَّتِي أَخْرَجَتْكَ أَهْلَكْنَاهُمْ فَلَا نَاصِرَ لَهُمْ13

13. Səni qovub çıxaran məm­ləkətindən daha qüvvətli neçə-ne­çə məmləkət var idi ki, Biz onları məhv etdik və on­lara bir kö­mək edən də olmadı.
47:14Cüz 26 · s. 508

أَفَمَنْ كَانَ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّهِ كَمَنْ زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ وَاتَّبَعُوا أَهْوَاءَهُمْ14

14. Məgər öz Rəbbindən vəhy edilmiş aydın dəlilə isti­nad edən kim­sə pis əməli özü­nə gözəl gös­tərilən və öz nəfs­lərinə uyan kim­sə­lər kimi ola bi­lər­mi?!
47:15Cüz 26 · s. 508

مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۖ فِيهَا أَنْهَارٌ مِنْ مَاءٍ غَيْرِ آسِنٍ وَأَنْهَارٌ مِنْ لَبَنٍ لَمْ يَتَغَيَّرْ طَعْمُهُ وَأَنْهَارٌ مِنْ خَمْرٍ لَذَّةٍ لِلشَّارِبِينَ وَأَنْهَارٌ مِنْ عَسَلٍ مُصَفًّى ۖ وَلَهُمْ فِيهَا مِنْ كُلِّ الثَّمَرَاتِ وَمَغْفِرَةٌ مِنْ رَبِّهِمْ ۖ كَمَنْ هُوَ خَالِدٌ فِي النَّارِ وَسُقُوا مَاءً حَمِيمًا فَقَطَّعَ أَمْعَاءَهُمْ15

15. Müttəqilərə vəd olunan Cən­nə­tin vəsfi belədir; orada xa­rab ol­mayan sudan çaylar, dadı dəyişməyən süd­dən çay­lar, içənlərə ləz­zət verən şə­rab­dan çaylar və süzülmüş bal­dan çaylar var­dır. Ora­da onları hər cür meyvə və Rəb­bi tərəfindən bağışlanma göz­lə­yir. Mə­gər on­lar od içində əbədi qalan və ba­ğır­saqlarını parça-par­ça edən qay­nar su içir­diləcək kimsələr kimi ola bilər­lər­mi?
47:16Cüz 26 · s. 508

وَمِنْهُمْ مَنْ يَسْتَمِعُ إِلَيْكَ حَتَّىٰ إِذَا خَرَجُوا مِنْ عِنْدِكَ قَالُوا لِلَّذِينَ أُوتُوا الْعِلْمَ مَاذَا قَالَ آنِفًا ۚ أُولَٰئِكَ الَّذِينَ طَبَعَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَاتَّبَعُوا أَهْوَاءَهُمْ16

16. Onların arasında səni din­lə­yən­lər də var. Nəhayət sə­nin ya­nın­dan çıxdıq­da özlərinə elm verilmiş kimsələrə is­tehza ilə de­yər­lər: “O, bayaq nə de­yir­di?” Bunlar o kəslərdir ki, Allah onların qəl­binə möhür vurmuş, özləri də nəfs­lərinə tabe ol­muş­lar.
47:17Cüz 26 · s. 508

وَالَّذِينَ اهْتَدَوْا زَادَهُمْ هُدًى وَآتَاهُمْ تَقْوَاهُمْ17

17. Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hi­dayətini ar­tırar və on­ları təq­valı olmağa müvəffəq edər.
47:18Cüz 26 · s. 508

فَهَلْ يَنْظُرُونَ إِلَّا السَّاعَةَ أَنْ تَأْتِيَهُمْ بَغْتَةً ۖ فَقَدْ جَاءَ أَشْرَاطُهَا ۚ فَأَنَّىٰ لَهُمْ إِذَا جَاءَتْهُمْ ذِكْرَاهُمْ18

18. Məgər kafirlər o Saatın (Qiyamətin) qəfildən onlara gəlmə­sin­dən başqa bir şeymi göz­ləyirlər? Artıq onun əlamətləri gəl­miş­dir. O Saat on­la­ra gəlib yetiş­diyi za­man ibrət almaları nəyə yara­yar?
47:19Cüz 26 · s. 508

فَاعْلَمْ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا اللَّهُ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ۗ وَاللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَاكُمْ19

19. Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yox­dur. Sən həm öz günah­la­rının, həm də mö­min kişilərlə mömin qa­dın­ların bağışlan­ma­sını dilə. Allah gə­zib-dolaş­dı­ğınız yeri də, ge­cə­­ləyəcəyiniz məskəni də bilir.
47:20Cüz 26 · s. 509

وَيَقُولُ الَّذِينَ آمَنُوا لَوْلَا نُزِّلَتْ سُورَةٌ ۖ فَإِذَا أُنْزِلَتْ سُورَةٌ مُحْكَمَةٌ وَذُكِرَ فِيهَا الْقِتَالُ ۙ رَأَيْتَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ يَنْظُرُونَ إِلَيْكَ نَظَرَ الْمَغْشِيِّ عَلَيْهِ مِنَ الْمَوْتِ ۖ فَأَوْلَىٰ لَهُمْ20

20. Möminlər: “Kaş cihada dair bir surə nazil olaydı!”- de­yirlər. Hök­mü bəlli bir surə na­zil olub orada döyüş yada salı­nan kimi qəl­bində xəstəlik olan­ların sənə ölüm ayağında ba­yı­lan kimsənin ba­xışı ilə bax­dıqlarını gö­rər­sən. Onlar üçün da­ha yaxşı olardı ki,
47:21Cüz 26 · s. 509

طَاعَةٌ وَقَوْلٌ مَعْرُوفٌ ۚ فَإِذَا عَزَمَ الْأَمْرُ فَلَوْ صَدَقُوا اللَّهَ لَكَانَ خَيْرًا لَهُمْ21

21. itaət etsinlər və xoş söz söy­ləsin­lər. Cihada qəti əmr ve­rildiyi za­man Allaha sadiq qal­saydılar, əlbəttə ki, on­lar üçün daha yaxşı olar­dı.
47:22Cüz 26 · s. 509

فَهَلْ عَسَيْتُمْ إِنْ تَوَلَّيْتُمْ أَنْ تُفْسِدُوا فِي الْأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ22

22. Əgər haqdan üz çevir­sə­niz, ola bil­sin ki, yer üzündə fitnə-fə­sad törə­də­si­niz və qo­humluq əlaqələrini kəsə­siniz.
47:23Cüz 26 · s. 509

أُولَٰئِكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ فَأَصَمَّهُمْ وَأَعْمَىٰ أَبْصَارَهُمْ23

23. Onlar Allahın lənətlə­di­yi, qulaq­larını kar, gözlərini də kor et­diyi kimsə­lərdir.
47:24Cüz 26 · s. 509

أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَا24

24. Məgər onlar Quran haq­qında dü­şünmürlərmi? Yoxsa qəlb­lə­ri qıfıllıdır?
47:25Cüz 26 · s. 509

إِنَّ الَّذِينَ ارْتَدُّوا عَلَىٰ أَدْبَارِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَى ۙ الشَّيْطَانُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ25

25. Hidayət yolunu tanıdıq­dan sonra haqdan dönüb geriyə üz tu­tanlara şeytan günah iş­ləri gözəl göstərdi və onlara uzun ömür vəd etdi.
47:26Cüz 26 · s. 509

ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لِلَّذِينَ كَرِهُوا مَا نَزَّلَ اللَّهُ سَنُطِيعُكُمْ فِي بَعْضِ الْأَمْرِ ۖ وَاللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ26

26. Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edən­lə­rə: “Biz bəzi işlərdə sizə itaət edəcəyik!”– dedilər. Allah onların sir­lərini bilir.
47:27Cüz 26 · s. 509

فَكَيْفَ إِذَا تَوَفَّتْهُمُ الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ27

27. Bəs mələklər onların üz­lərinə və arxalarına vura-vura can­la­rını alanda onların halı necə olacaq?
47:28Cüz 26 · s. 509

ذَٰلِكَ بِأَنَّهُمُ اتَّبَعُوا مَا أَسْخَطَ اللَّهَ وَكَرِهُوا رِضْوَانَهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ28

28. Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şe­yə uy­dular və Onun razı qal­dığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllə­rini boşa çıxartdı.
47:29Cüz 26 · s. 509

أَمْ حَسِبَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ أَنْ لَنْ يُخْرِجَ اللَّهُ أَضْغَانَهُمْ29

29. Yoxsa qəlblərində xəs­tə­lik olan­lar elə hesab edirdilər ki, Allah onların kin-küdurə­tini üzə çıxarmayacaq?
47:30Cüz 26 · s. 510

وَلَوْ نَشَاءُ لَأَرَيْنَاكَهُمْ فَلَعَرَفْتَهُمْ بِسِيمَاهُمْ ۚ وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ ۚ وَاللَّهُ يَعْلَمُ أَعْمَالَكُمْ30

30. Əgər Biz istəsəydik, on­ları sənə göstərərdik, sən də onları üz­lərin­dəki əlamət­lər­dən tanıyardın. Sən onları da­nışıq tərz­lə­rin­dən mütləq tanıyacaq­san. Allah sizin əməllərinizi bilir.
47:31Cüz 26 · s. 510

وَلَنَبْلُوَنَّكُمْ حَتَّىٰ نَعْلَمَ الْمُجَاهِدِينَ مِنْكُمْ وَالصَّابِرِينَ وَنَبْلُوَ أَخْبَارَكُمْ31

31. Biz aranızdakı mücahid­ləri və sə­bir edənləri ayırd edib üzə çı­xar­maq üçün sizi mütləq sınayacaq və barə­niz­dəki xə­bər­ləri də yox­layaca­ğıq.
47:32Cüz 26 · s. 510

إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ وَشَاقُّوا الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَىٰ لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا وَسَيُحْبِطُ أَعْمَالَهُمْ32

32. Sözsüz ki, kafir olanlar, insanları Allah yolundan sap­dı­ran­lar və hidayət yolunu ta­nı­dıqdan sonra Peyğəmbərə qar­şı çıxanlar Alla­ha heç bir zərər vura bilməzlər. Allah onların bü­tün əməl­ləri­ni pu­ça çıxa­ra­caq­.
47:33Cüz 26 · s. 510

۞ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَلَا تُبْطِلُوا أَعْمَالَكُمْ33

33. Ey iman gətirənlər! Alla­ha və Pey­ğəmbərə itaət edin və əməl­lərinizi puç etməyin!
47:34Cüz 26 · s. 510

إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ ثُمَّ مَاتُوا وَهُمْ كُفَّارٌ فَلَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ34

34. Şübhəsiz ki, kafir olan­ları, insan­ları Allah yolundan sap­dı­ran­ları, sonra da kafir ki­mi ölənləri, Allah heç vaxt ba­ğış­la­ma­ya­caq­.
47:35Cüz 26 · s. 510

فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنْتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَنْ يَتِرَكُمْ أَعْمَالَكُمْ35

35. Siz də cihadda zəiflik gös­tər­mə­yin və üstün olduğu­nuz hal­da kafirləri sül­hə ça­ğır­ma­yın! Allah sizinlədir. O si­zin əməllərinizi əs­la əskiltməz.
47:36Cüz 26 · s. 510

إِنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ ۚ وَإِنْ تُؤْمِنُوا وَتَتَّقُوا يُؤْتِكُمْ أُجُورَكُمْ وَلَا يَسْأَلْكُمْ أَمْوَالَكُمْ36

36. Həqiqətən, dünya həya­tı oyun və əyləncədən başqa bir şey de­yil. Əgər iman gə­tirib Allahdan qorxsanız, O sizə mü­ka­fat­la­rı­nızı verər və siz­dən mal-dövlətinizi istəməz.
47:37Cüz 26 · s. 510

إِنْ يَسْأَلْكُمُوهَا فَيُحْفِكُمْ تَبْخَلُوا وَيُخْرِجْ أَضْغَانَكُمْ37

37. Əgər Allah sizdən bunu istəsə və sizdən təkidlə tələb etdiyi hal­da, siz xə­sislik gös­tərsəniz, O, kin-küdurətinizi üzə çıxardar.
47:38Cüz 26 · s. 510

هَا أَنْتُمْ هَٰؤُلَاءِ تُدْعَوْنَ لِتُنْفِقُوا فِي سَبِيلِ اللَّهِ فَمِنْكُمْ مَنْ يَبْخَلُ ۖ وَمَنْ يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَنْ نَفْسِهِ ۚ وَاللَّهُ الْغَنِيُّ وَأَنْتُمُ الْفُقَرَاءُ ۚ وَإِنْ تَتَوَلَّوْا يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوا أَمْثَالَكُمْ38

38. Budur, siz Allah yolun­da malı­nız­dan xərcləməyə də­vət edi­lir­siniz. Ara­nızda isə xəsislik edənlər də tapılır. Kim xəsislik etsə, an­caq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsə­niz, yerinizə sizin ta­yı­nız ol­mayan başqa insanlar gə­ti­rər.

Surənin əvvəlindən oxut