Surə 47 · Cüz 26
Muhammad · 47:12
إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ وَالَّذِينَ كَفَرُوا يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ الْأَنْعَامُ وَالنَّارُ مَثْوًى لَهُمْ
12. Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan cənnətlərdə yerləşdirər. Kafirlər isə müvəqqəti olaraq kef çəkər, heyvan kimi yeyib-içərlər. Onların yeri Oddur!
Təfsir
Allah, Ona və Onun rəsuluna iman gətirib yaxşı işlər görənləri qəsrləri və ağacları altından çaylar axan cənnətlərə daxil edər. Allaha və Onun rəsuluna küfr edənlər isə dünyada öz şəhvətlərinə uymaqla kef çəkir və heyvan kimi yeyib-içirlər. Onların öz qarınlarını doldurmaqdan və şəhvətlərini ödəməkdən başqa məqsədləri yoxdur. Qiyamət günü onların qərar tutacaqları yer Oddur!