Surə 47 · Cüz 26

Muhammad · 47:13

وَكَأَيِّنْ مِنْ قَرْيَةٍ هِيَ أَشَدُّ قُوَّةً مِنْ قَرْيَتِكَ الَّتِي أَخْرَجَتْكَ أَهْلَكْنَاهُمْ فَلَا نَاصِرَ لَهُمْ

13. Səni qovub çıxaran məm­ləkətindən daha qüvvətli neçə-ne­çə məmləkət var idi ki, Biz onları məhv etdik və on­lara bir kö­mək edən də olmadı.

Təfsir

Əhalsi səni qovub çıxaran Məkkə şəhərindən daha qüvvətli və daha çox oğul-uşaq və mal-dövlət sahibi olan əvvəlki ümmətlərin yaşadığı neçə-ne­çə məmləkət olub ki, onlar peyğəmbərlərini yalan saydıqlarına görə, Biz onları məhv etmişik və on­lara Allahın əzabı gəldikdə onları bu əzabdan qurtaran yardımçı tapılmayıb. Eləcə də, əgər biz Məkkə əhalisini məhv etmək istəsək, Bizim qarşımızı kəsən tapılmaz.

Oxuyucuda aç - Surəni tam oxu