Surə 47 · Cüz 26
Muhammad · 47:20
وَيَقُولُ الَّذِينَ آمَنُوا لَوْلَا نُزِّلَتْ سُورَةٌ ۖ فَإِذَا أُنْزِلَتْ سُورَةٌ مُحْكَمَةٌ وَذُكِرَ فِيهَا الْقِتَالُ ۙ رَأَيْتَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ يَنْظُرُونَ إِلَيْكَ نَظَرَ الْمَغْشِيِّ عَلَيْهِ مِنَ الْمَوْتِ ۖ فَأَوْلَىٰ لَهُمْ
20. Möminlər: “Kaş cihada dair bir surə nazil olaydı!”- deyirlər. Hökmü bəlli bir surə nazil olub orada döyüş yada salınan kimi qəlbində xəstəlik olanların sənə ölüm ayağında bayılan kimsənin baxışı ilə baxdıqlarını görərsən. Onlar üçün daha yaxşı olardı ki,
Təfsir
Allaha iman gəriən kimsələr, Allahın Öz rəsuluna cihad barədə surə nazil etməsini təmənna edib deyirlər: “Kaş, cihad barədə bir surə nazil olaydı!” Allah cihaddan bəhs edən, hökmü və mənası bəlli olan bir surə nazil etdikdə, Ey Peyğəmbər! Sən qəlbində şəkk olan münafiqlərin sənə, ölüm ayağında olan kimsənin qorxu və həyacan içində baxdığı kimi baxdıqlarını görərsən. Uca Allah onları, döyüşdən dönüb qaçdıqlarına və bundan qorxduqlarına görə, onlara veriləcək əzab artıq onların başlarının üstünü alıb, onlara yaxınlaşdığını xəbər vermişdir.