Surə 47 · Cüz 26

Muhammad · 47:10

۞ أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ دَمَّرَ اللَّهُ عَلَيْهِمْ ۖ وَلِلْكَافِرِينَ أَمْثَالُهَا

10. Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əv­vəl­ki­lə­rin aqibə­ti­nin necə oldu­ğu­nu görmürlərmi? Allah on­ları yerli-dib­li yox etmişdir. Kafir­ləri də buna bənzərləri gözlə­yir.

Təfsir

Məgər haqqı yalan sayan o kimsələr yer üzündə gəzib dolaşıb özlərindən əv­vəl­ki­ yalan sayanların aqibə­ti­nin necə oldu­ğu­nu görmürlərmi?! Onların axırı çox acnacaqlı olmuşdur. Allah on­ların yurdlarını yerlə yeksan etmiş, üstəlik, onların həm özlərini, həm övladlarını, həm də mal-dövlətlərini məhv etmişdir. Kafir­ləri hər zaman və hər yerdə buna bənzər aqibət gözlə­yir.

Oxuyucuda aç - Surəni tam oxu