Surə 47 · Cüz 26
Muhammad · 47:32
إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ وَشَاقُّوا الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَىٰ لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا وَسَيُحْبِطُ أَعْمَالَهُمْ
32. Sözsüz ki, kafir olanlar, insanları Allah yolundan sapdıranlar və hidayət yolunu tanıdıqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər vura bilməzlər. Allah onların bütün əməllərini puça çıxaracaq.
Təfsir
Şübhəsiz ki, Allaha və Onun rəsuluna küfr edənlər, Allahın dinindən uzaqlaşanlar, insanları da Onun dinindən azdıranlar və Muhəmmədin -səllallahu aleyhi və səlləm- peyğəmbər olduğunu bildikdən sonra Allahın rəsuluna müxalif olanlar və ona qarşı düşmənçilik edənlər Allaha heç bir zərər yetirə bilməzlər. Əksinə, onlar özlərinə zərər yetirərlər. Allah onların bütün əməllərini puça çıxaracaqdır.