Surə 47 · Cüz 26
Muhammad · 47:6
وَيُدْخِلُهُمُ الْجَنَّةَ عَرَّفَهَا لَهُمْ
6. və onları özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcək.
Təfsir
Və qiyamət günü onları Cənnətə daxil edəcək. O Cənnət ki, Allah onun vəsflərini onlara hələ dünyada ikən bəyan etmiş, onlar da onu tanımışlar, üstəlik, onlara axirət günü Cənnətdə sahib olacaqları mənzillərini də tanıtmışdır.