Surə 47 · Cüz 26

Muhammad · 47:28

ذَٰلِكَ بِأَنَّهُمُ اتَّبَعُوا مَا أَسْخَطَ اللَّهَ وَكَرِهُوا رِضْوَانَهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ

28. Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şe­yə uy­dular və Onun razı qal­dığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllə­rini boşa çıxartdı.

Təfsir

Bu əzab onların, Allahın qəzəbinə səbəb olan hər bir şe­yə uyduqları - kafirlik və münafiqlik etdikləri, habelə, Allaha və Onun rəsuluna düşmən olduqları və özlərinin Rəbbinə yaxınlaşdıracaq və Onun rizasını qazandıracaq əməllərə - Allaha iman gətirməyə və Onun rəsuluna tabe olmağa nifrət etdiklərinə görədir. Elə buna görə də Allah onların əməllə­rini puç etdi.

Oxuyucuda aç - Surəni tam oxu