Surə 47 · Cüz 26
Muhammad · 47:37
إِنْ يَسْأَلْكُمُوهَا فَيُحْفِكُمْ تَبْخَلُوا وَيُخْرِجْ أَضْغَانَكُمْ
37. Əgər Allah sizdən bunu istəsə və sizdən təkidlə tələb etdiyi halda, siz xəsislik göstərsəniz, O, kin-küdurətinizi üzə çıxardar.
Təfsir
Əgər Allah sizdən mal-dövlətinizin hamısını (xərcləməyinizi) tələb etsə və sizdən təkidlə tələb etdiyi halda, siz onu verməyə xəsislik göstərsəniz, O, sizin qəlbinizdə yerləşən - malınızı Onun yolunda sərf etməyə olan nifrəti üzə çıxardar, beləliklə, sizə acıyaraq bunu sizdən tələb etməkdən vaz keçər.