Surə 47 · Cüz 26

Muhammad · 47:38

هَا أَنْتُمْ هَٰؤُلَاءِ تُدْعَوْنَ لِتُنْفِقُوا فِي سَبِيلِ اللَّهِ فَمِنْكُمْ مَنْ يَبْخَلُ ۖ وَمَنْ يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَنْ نَفْسِهِ ۚ وَاللَّهُ الْغَنِيُّ وَأَنْتُمُ الْفُقَرَاءُ ۚ وَإِنْ تَتَوَلَّوْا يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوا أَمْثَالَكُمْ

38. Budur, siz Allah yolun­da malı­nız­dan xərcləməyə də­vət edi­lir­siniz. Ara­nızda isə xəsislik edənlər də tapılır. Kim xəsislik etsə, an­caq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsə­niz, yerinizə sizin ta­yı­nız ol­mayan başqa insanlar gə­ti­rər.

Təfsir

Budur, siz mal-dövlətinizin cüzi bir hissəsini Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Allah sizdən malınızın hamısını sərf etməyi tələb etmir. İçərinizdə xəsislik edib tələb olunan malı sərf etmək istəməyənlər də vardır. Kim malının bir hissəsini Allah yolunda xərcləməyə xəsislik edərsə, əslində o, özünü Allah yolunda xərcləmək savabından məhrum erdərək an­caq öz əleyhinə xəsislik etmiş olar. Allah Zəngin və sizin (malınızdan Onun yolunda) xərcləməyinizə ehtiyacı yoxdur, sizlər isə Ona möhtacsınız. Əgər İslamdan dönüb küfrə qayıtsanız, O sizi məhv edər və yerinizə sizlər kimi olmayan, Allaha itaət edən başqa bir qövm gətirər.

Oxuyucuda aç - Surəni tam oxu