Surə 47 · Cüz 26
Muhammad · 47:36
إِنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ ۚ وَإِنْ تُؤْمِنُوا وَتَتَّقُوا يُؤْتِكُمْ أُجُورَكُمْ وَلَا يَسْأَلْكُمْ أَمْوَالَكُمْ
36. Həqiqətən, dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil. Əgər iman gətirib Allahdan qorxsanız, O sizə mükafatlarınızı verər və sizdən mal-dövlətinizi istəməz.
Təfsir
Dünya həyatı sadəcə oyun və əyləncədən ibarətdir. Ağıllı insan axirət əməlini qoyub dünya ilə məşğul olmaz. Əgər Allaha və Onun rəsuluna iman gətirsəniz və Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxsanız, O sizə əməllərinizin mükafatını kamil şəkildə, heç bir şey əksiltmədən verər və sizdən mal-dövlətinizin hamısını (Onun yolunda xərcləməyi) tələb etməz, sizdən sadəcə fərz buyurulmuş zəkatı verməyi tələb edər.