Surə 47 · Cüz 26

Muhammad · 47:35

فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنْتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَنْ يَتِرَكُمْ أَعْمَالَكُمْ

35. Siz də cihadda zəiflik gös­tər­mə­yin və üstün olduğu­nuz hal­da kafirləri sül­hə ça­ğır­ma­yın! Allah sizinlədir. O si­zin əməllərinizi əs­la əskiltməz.

Təfsir

Ey möminlər! Siz düşmənlə üzbəüz gəldikdə zəiflik göstərməyin, onlardan üstün olduğu­nuz və onlara qalib gələ biləcəyiniz halda, onlar sizi sülhə çağırmazdan əvvəl siz onları sülhə çağırma­yın! Allah Öz köməyi və yardımı ilə sizin yanınızdadır. O si­zin əməllərinizin savabından heç bir şey əskiltməz, əksinə, sizə əta etdiyi lütfü və fəziləti ilə artırar.

Oxuyucuda aç - Surəni tam oxu