Surə 47 · Cüz 26

Muhammad · 47:26

ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لِلَّذِينَ كَرِهُوا مَا نَزَّلَ اللَّهُ سَنُطِيعُكُمْ فِي بَعْضِ الْأَمْرِ ۖ وَاللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ

26. Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edən­lə­rə: “Biz bəzi işlərdə sizə itaət edəcəyik!”– dedilər. Allah onların sir­lərini bilir.

Təfsir

Onların zəlalətə düşməsi, onlar Allahın Öz rəsuluna nazil etdiyi vəhyə nifrət edən­ müşriklə­rə gizlində: “Biz bəzi işlərdə - möminləri döyüşdən yayındırmaq kimi işlərdə sizə itaət edəcəyik” - dediklərinə görə idi. Allah onların saxladıqları sirri və gizlətdiklərini bilir. Heç bir şey Ona gizli qalmaz. Allah bu xəbərlərdən istədiyini Öz Rəsuluna -səllallahu aleyhi və səlləm- bildirər.

Oxuyucuda aç - Surəni tam oxu