Surə 47 · Cüz 26

Muhammad · 47:25

إِنَّ الَّذِينَ ارْتَدُّوا عَلَىٰ أَدْبَارِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَى ۙ الشَّيْطَانُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ

25. Hidayət yolunu tanıdıq­dan sonra haqdan dönüb geriyə üz tu­tanlara şeytan günah iş­ləri gözəl göstərdi və onlara uzun ömür vəd etdi.

Təfsir

Özlərinə dəlil-sübut göstərildikdən və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) doğru danışdığı bəlli olduqdan sonra imandan üz döndərib kafir və münafiq olan kimsələrə şeytan küfrü və nifaqı gözəl göstərmiş, bunu onlar üçün asanlaşdırmış və onlara uzun ömür vəd etmişdir.

Oxuyucuda aç - Surəni tam oxu