Surə 47 · Cüz 26

Muhammad · 47:15

مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۖ فِيهَا أَنْهَارٌ مِنْ مَاءٍ غَيْرِ آسِنٍ وَأَنْهَارٌ مِنْ لَبَنٍ لَمْ يَتَغَيَّرْ طَعْمُهُ وَأَنْهَارٌ مِنْ خَمْرٍ لَذَّةٍ لِلشَّارِبِينَ وَأَنْهَارٌ مِنْ عَسَلٍ مُصَفًّى ۖ وَلَهُمْ فِيهَا مِنْ كُلِّ الثَّمَرَاتِ وَمَغْفِرَةٌ مِنْ رَبِّهِمْ ۖ كَمَنْ هُوَ خَالِدٌ فِي النَّارِ وَسُقُوا مَاءً حَمِيمًا فَقَطَّعَ أَمْعَاءَهُمْ

15. Müttəqilərə vəd olunan Cən­nə­tin vəsfi belədir; orada xa­rab ol­mayan sudan çaylar, dadı dəyişməyən süd­dən çay­lar, içənlərə ləz­zət verən şə­rab­dan çaylar və süzülmüş bal­dan çaylar var­dır. Ora­da onları hər cür meyvə və Rəb­bi tərəfindən bağışlanma göz­lə­yir. Mə­gər on­lar od içində əbədi qalan və ba­ğır­saqlarını parça-par­ça edən qay­nar su içir­diləcək kimsələr kimi ola bilər­lər­mi?

Təfsir

Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinən müttəqilərə vəd olunan (Qiyamət günü) daxil olacaqları Cən­nə­tin vəsfi belədir; orada, uzun müddət bir yerdə qaldığına görə iyi və dadı dəyişməyən sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şə­rab­dan və bir də tərkibindəki xəlitələrdən təmizlənmiş baldan çaylar var­dır. Orada onlar üçün istədikləri hər cür meyvə vardır. Bütün bunlardan əlavə Allah onların günahlarını bağışlayacaq və o günahlara görə onları cəzalandırmayacaq. Məgər bu mükafatlara layiq görülən kimsə, od içində əbədi olaraq qalıb oradan heç vaxt çıxmayacaq və istisi ba­ğır­saqlarını parça-par­ça edən qay­nar su içirdiləcək kimsə kimi ola bilərlərmi?!

Oxuyucuda aç - Surəni tam oxu