Surə 47 · Cüz 26

Muhammad · 47:2

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَآمَنُوا بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍ وَهُوَ الْحَقُّ مِنْ رَبِّهِمْ ۙ كَفَّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ

2. İman gətirib yaxşı işlər görənlərin, öz Rəbbindən ger­çək hə­qi­qət kimi Mu­həmmədə nazil edilənə inananların isə Allah gü­nah­la­rından keç­miş və onların vəziyyətini yaxşılaş­dır­mışdır.

Təfsir

Allaha iman gətirib yaxşı işlər görən və özlərinin Rəbbindən haqq olaraq - Allahın Öz Rəsulu Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil etdiyinə iman gətirən kimsələrin isə Allah günahlarından keç­miş və bunlara görə onlar qınanmayacaqlar, üstəlik, onların dünya və axirət işlərini yoluna qoymuşdur.

Oxuyucuda aç - Surəni tam oxu