Surə 47 · Cüz 26
Muhammad · 47:3
ذَٰلِكَ بِأَنَّ الَّذِينَ كَفَرُوا اتَّبَعُوا الْبَاطِلَ وَأَنَّ الَّذِينَ آمَنُوا اتَّبَعُوا الْحَقَّ مِنْ رَبِّهِمْ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ لِلنَّاسِ أَمْثَالَهُمْ
3. Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn həqiqətə bağlanmışlar. Beləcə, Allah insanlara onlara aid misallar çəkir.
Təfsir
Bu iki dəstəyə veriləcək cəza və mükafat, Allaha küfr edənlərin batilə uymaları, Allaha və Onun rəsuluna iman gətirənlərin isə öz Rəbbindən gələn haqqa tabe olmaları səbəbi ilədir. Bu iki dəstənin səy etdikləri əməllər fərqli və müxtəlif olduğuna görə əməllərinin əvəzi də fərqli və müxtəlifdir. Allah, bu iki dəstə: möminlər və kafirlər haqqında verdiyi hökmü bəyan etdiyi kimi, taylı tayını tapması üçün insanlara onların özlərinə dair məsələləri belə misal çəkir!