Al-Mujadila

سورة المجادلة

Surə 58 · Mədani · 22 ayə

58:1Cüz 28 · s. 542

قَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّتِي تُجَادِلُكَ فِي زَوْجِهَا وَتَشْتَكِي إِلَى اللَّهِ وَاللَّهُ يَسْمَعُ تَحَاوُرَكُمَا ۚ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ1

1. Əri barəsində səninlə mü­bahisə edən və Allaha şikayət edən qa­dı­nın sözünü Allah eşit­di. Allah sizin söhbə­tinizi eşi­dir. Hə­qi­qə­tən, Allah Eşi­dən­dir, Görəndir.
58:2Cüz 28 · s. 542

الَّذِينَ يُظَاهِرُونَ مِنْكُمْ مِنْ نِسَائِهِمْ مَا هُنَّ أُمَّهَاتِهِمْ ۖ إِنْ أُمَّهَاتُهُمْ إِلَّا اللَّائِي وَلَدْنَهُمْ ۚ وَإِنَّهُمْ لَيَقُولُونَ مُنْكَرًا مِنَ الْقَوْلِ وَزُورًا ۚ وَإِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ2

2. Sizlərdən öz qadınlarını anaya bən­zədərək özlərinə ha­ram edən­lərin zöv­cə­­ləri onların ana­ları deyillər. Anaları an­caq on­ları doğ­muş qadınlardır. On­lar yaramaz və yalan söz danı­şır­lar. Şüb­hə­siz ki, Allah əfv edən­dir, Bağış­la­yan­dır.
58:3Cüz 28 · s. 542

وَالَّذِينَ يُظَاهِرُونَ مِنْ نِسَائِهِمْ ثُمَّ يَعُودُونَ لِمَا قَالُوا فَتَحْرِيرُ رَقَبَةٍ مِنْ قَبْلِ أَنْ يَتَمَاسَّا ۚ ذَٰلِكُمْ تُوعَظُونَ بِهِ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ3

3. Qadınlarını anaya bənzə­dib onları özlə­rinə haram edən, sonra söz­lə­­rini geri gö­türənlər on­lar­la yaxınlıq etməzdən əv­vəl bir kölə azad et­məlidirlər. Bu sizə verilən öyüd-nəsi­hət­dir. Allah nə et­dik­lə­rinizdən xəbərdardır.
58:4Cüz 28 · s. 542

فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ مِنْ قَبْلِ أَنْ يَتَمَاسَّا ۖ فَمَنْ لَمْ يَسْتَطِعْ فَإِطْعَامُ سِتِّينَ مِسْكِينًا ۚ ذَٰلِكَ لِتُؤْمِنُوا بِاللَّهِ وَرَسُولِهِ ۚ وَتِلْكَ حُدُودُ اللَّهِ ۗ وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ4

4. Buna imkan tapa bilmə­yən kəs, qa­dını ilə yaxınlıq et­məz­dən əv­­vəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çat­ma­yan kimsə alt­mış yoxsulu ye­dirt­mə­lidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətir­mə­niz üçündür. Bunlar Alla­hın qoy­du­ğu hüdud­lar­dır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir.
58:5Cüz 28 · s. 542

إِنَّ الَّذِينَ يُحَادُّونَ اللَّهَ وَرَسُولَهُ كُبِتُوا كَمَا كُبِتَ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ وَقَدْ أَنْزَلْنَا آيَاتٍ بَيِّنَاتٍ ۚ وَلِلْكَافِرِينَ عَذَابٌ مُهِينٌ5

5. Allaha və Onun Rəsuluna qarşı çı­xanlar, özlərindən əv­vəl­ki­lə­rin al­çal­dıq­ları kimi al­çaldılacaqlar. Biz artıq açıq-aydın ayələr na­zil etdik. Kafir­ləri alçal­dıcı bir əzab gözləyir.
58:6Cüz 28 · s. 542

يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيُنَبِّئُهُمْ بِمَا عَمِلُوا ۚ أَحْصَاهُ اللَّهُ وَنَسُوهُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ6

6. O gün Allah onların ha­mısını di­ril­dəcək və etdikləri əməlləri on­la­ra xə­bər verə­cək. Allah onları hesaba almış, onlar isə et­dik­lə­rini unutmuş­lar. Allah hər şeyə şahiddir.
58:7Cüz 28 · s. 543

أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ مَا يَكُونُ مِنْ نَجْوَىٰ ثَلَاثَةٍ إِلَّا هُوَ رَابِعُهُمْ وَلَا خَمْسَةٍ إِلَّا هُوَ سَادِسُهُمْ وَلَا أَدْنَىٰ مِنْ ذَٰلِكَ وَلَا أَكْثَرَ إِلَّا هُوَ مَعَهُمْ أَيْنَ مَا كَانُوا ۖ ثُمَّ يُنَبِّئُهُمْ بِمَا عَمِلُوا يَوْمَ الْقِيَامَةِ ۚ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ7

7. Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildi­yi­ni gör­mür­sən? Üç nəfə­rin ara­sında gedən elə bir xəlvəti söh­bət yox­dur ki, onların dör­dün­cüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bun­dan az, is­tər­sə də çox olsunlar – ha­rada olur­sa olsun­lar, Allah on­larladır. Sonra Qiya­mət günü on­lara nə etdiklərini xə­bər ve­rə­cək­. Allah hər şeyi bilir.
58:8Cüz 28 · s. 543

أَلَمْ تَرَ إِلَى الَّذِينَ نُهُوا عَنِ النَّجْوَىٰ ثُمَّ يَعُودُونَ لِمَا نُهُوا عَنْهُ وَيَتَنَاجَوْنَ بِالْإِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِيَتِ الرَّسُولِ وَإِذَا جَاءُوكَ حَيَّوْكَ بِمَا لَمْ يُحَيِّكَ بِهِ اللَّهُ وَيَقُولُونَ فِي أَنْفُسِهِمْ لَوْلَا يُعَذِّبُنَا اللَّهُ بِمَا نَقُولُ ۚ حَسْبُهُمْ جَهَنَّمُ يَصْلَوْنَهَا ۖ فَبِئْسَ الْمَصِيرُ8

8. Gizli söhbət qadağan edi­ləndən sonra yenə də qadağan olun­muş əmələ qayıdıb günah, düşmənçilik və Pey­ğəm­­bərə qarşı çıx­maq barədə öz arala­rında xısın-xısın danışanları gör­mədin­mi? On­­lar sənin ya­nına gəldikdə səni Alla­hın sa­lam­la­dığı kimi sa­lam­la­mır və öz-öz­lə­rinə: “Bəs niyə Allah bizi de­dik­lə­ri­mizə görə cəza­lan­­dır­mır?”– de­yir­lər. Cə­hən­nəm on­lara yetər. Onlar orada ya­na­caq­lar. Ora necə də pis dönüş ye­ridir!
58:9Cüz 28 · s. 543

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا تَنَاجَيْتُمْ فَلَا تَتَنَاجَوْا بِالْإِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِيَتِ الرَّسُولِ وَتَنَاجَوْا بِالْبِرِّ وَالتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ الَّذِي إِلَيْهِ تُحْشَرُونَ9

9. Ey iman gətirənlər! Gizli danışdı­ğınız zaman günah, düş­mən­­çilik və Pey­ğəmbərə qarşı çıxmaq barədə danışma­yın. Yax­şı iş­lər və Allah­dan qorx­maq barədə danışın, hüzuruna top­lanaca­ğı­nız Allahdan qor­xun!
58:10Cüz 28 · s. 543

إِنَّمَا النَّجْوَىٰ مِنَ الشَّيْطَانِ لِيَحْزُنَ الَّذِينَ آمَنُوا وَلَيْسَ بِضَارِّهِمْ شَيْئًا إِلَّا بِإِذْنِ اللَّهِ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ10

10. Gizli söhbətlər iman gə­tirənləri kədərləndirməyə çalı­şan şey­tan­dandır. Amma Alla­hın izni olmadıqca o, onlara heç bir zə­rər yetirə bilməz. Qoy mömin­lər Allaha təvəkkül et­sinlər.
58:11Cüz 28 · s. 543

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قِيلَ لَكُمْ تَفَسَّحُوا فِي الْمَجَالِسِ فَافْسَحُوا يَفْسَحِ اللَّهُ لَكُمْ ۖ وَإِذَا قِيلَ انْشُزُوا فَانْشُزُوا يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ11

11. Ey iman gətirənlər! Sizə: “Məc­lis­lərdə yer verin!”– de­yil­dik­də yer verin ki, Allah da sizə geniş yer versin. Ha­belə si­zə: “Qal­xın!”– deyildikdə qal­xın ki, Allah da sizdən iman gətirən­lərin və öz­lərinə elm ve­rilmiş kimsə­lə­rin dərə­cələrini ucaltsın. Allah nə et­dik­ləriniz­dən xəbərdardır.
58:12Cüz 28 · s. 544

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَاجَيْتُمُ الرَّسُولَ فَقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَةً ۚ ذَٰلِكَ خَيْرٌ لَكُمْ وَأَطْهَرُ ۚ فَإِنْ لَمْ تَجِدُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ12

12. Ey iman gətirənlər! Pey­ğəmbərlə gizli söhbət edəcə­yi­niz za­man bu söh­bətinizdən əv­vəl sədəqə verin. Bu sizin üçün daha xe­yir­li və daha pak­dır. Əgər bir şey tapmasanız bilin ki, Allah Bağış­la­yandır, Rəhm­lidir.
58:13Cüz 28 · s. 544

أَأَشْفَقْتُمْ أَنْ تُقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَاتٍ ۚ فَإِذْ لَمْ تَفْعَلُوا وَتَابَ اللَّهُ عَلَيْكُمْ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ13

13. Məgər siz gizli söhbə­ti­nizdən əv­vəl sədəqə vermək­dən qorx­du­nuz­mu? Əgər siz bunu etməmisinizsə və Allah da töv­bə­ni­zi qəbul edibsə, on­da namaz qılıb zəkat verin, Allaha və Onun El­çi­sinə itaət edin. Allah nə etdikləri­nizdən xə­bər­dardır.
58:14Cüz 28 · s. 544

۞ أَلَمْ تَرَ إِلَى الَّذِينَ تَوَلَّوْا قَوْمًا غَضِبَ اللَّهُ عَلَيْهِمْ مَا هُمْ مِنْكُمْ وَلَا مِنْهُمْ وَيَحْلِفُونَ عَلَى الْكَذِبِ وَهُمْ يَعْلَمُونَ14

14. Məgər sən, Allahın qə­zəbinə gələn adamlarla dostluq edən­lə­ri görmə­din­mi? Onlar nə sizdəndirlər, nə də on­lar­dan. Onlar bilə-bi­lə yalandan and içirlər.
58:15Cüz 28 · s. 544

أَعَدَّ اللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا ۖ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ15

15. Allah onlar üçün şiddət­li bir əzab hazırlamışdır. On­la­rın et­di­yi əməllər necə də pis­dir.
58:16Cüz 28 · s. 544

اتَّخَذُوا أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ فَلَهُمْ عَذَابٌ مُهِينٌ16

16. Onlar andlarını özlərinə sipər edib insanları Allah yo­lundan dön­dərdilər. Onları al­çaldıcı bir əzab gözləyir.
58:17Cüz 28 · s. 544

لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَيْئًا ۚ أُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ17

17. Allaha qarşı nə malları, nə də öv­ladları onlara heç bir fayda ve­rmə­yəcək. Onlar Cəhənnəm sakinləridir və onlar ora­da əbədi qa­la­caqlar.
58:18Cüz 28 · s. 544

يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيَحْلِفُونَ لَهُ كَمَا يَحْلِفُونَ لَكُمْ ۖ وَيَحْسَبُونَ أَنَّهُمْ عَلَىٰ شَيْءٍ ۚ أَلَا إِنَّهُمْ هُمُ الْكَاذِبُونَ18

18. Allah onların hamısını dirildə­cəyi gün onlar sizə and iç­dik­lə­ri kimi, Ona da and içə­cək və nə isə əldə etdik­lərini güman edə­cək­lər. Əslində, on­lar əsl yalançılardır.
58:19Cüz 28 · s. 544

اسْتَحْوَذَ عَلَيْهِمُ الشَّيْطَانُ فَأَنْسَاهُمْ ذِكْرَ اللَّهِ ۚ أُولَٰئِكَ حِزْبُ الشَّيْطَانِ ۚ أَلَا إِنَّ حِزْبَ الشَّيْطَانِ هُمُ الْخَاسِرُونَ19

19. Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unut­dur­muş­dur. Onlar şeyta­nın firqəsindəndirlər. Şübhə yox­dur ki, şey­tanın firqəsində­kilər zi­yana uğrayanlardır.
58:20Cüz 28 · s. 544

إِنَّ الَّذِينَ يُحَادُّونَ اللَّهَ وَرَسُولَهُ أُولَٰئِكَ فِي الْأَذَلِّينَ20

20. Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kim­sə­lər arasında olacaqlar.
58:21Cüz 28 · s. 544

كَتَبَ اللَّهُ لَأَغْلِبَنَّ أَنَا وَرُسُلِي ۚ إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ21

21. Allah əzəldən belə yaz­mışdır: “Mən və elçilərim hök­mən qa­lib gələcəyik!” Həqiqə­tən, Allah Qüvvətlidir, Qüdrət­lidir.
58:22Cüz 28 · s. 545

لَا تَجِدُ قَوْمًا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ يُوَادُّونَ مَنْ حَادَّ اللَّهَ وَرَسُولَهُ وَلَوْ كَانُوا آبَاءَهُمْ أَوْ أَبْنَاءَهُمْ أَوْ إِخْوَانَهُمْ أَوْ عَشِيرَتَهُمْ ۚ أُولَٰئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ الْإِيمَانَ وَأَيَّدَهُمْ بِرُوحٍ مِنْهُ ۖ وَيُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ۚ أُولَٰئِكَ حِزْبُ اللَّهِ ۚ أَلَا إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْمُفْلِحُونَ22

22. Allaha və Axirət günü­nə iman gətirən elə bir camaat tapa bil­məz­sən ki, onlar Alla­ha və Onun Rəsuluna düş­mən olan­larla – öz ata­ları, oğulları, qar­daşları, qohum-əqrəbaları ol­sa­lar belə – dost­luq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tə­rə­fin­dən bir ruhla dəstəkləmişdir. Allah onları ağac­ları altından çay­lar axan cən­nətlərə daxil edə­cək­. Onlar orada əbədi qala­caq­­lar. Allah onlardan razıdır, on­lar da Allahdan razıdırlar. On­lar Alla­­hın firqəsidirlər. Həqi­qə­tən, məhz Alla­hın firqəsi ni­cat ta­pan­lar­dır.

Surənin əvvəlindən oxut