Surə 58 · Cüz 28

Al-Mujadila · 58:18

يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيَحْلِفُونَ لَهُ كَمَا يَحْلِفُونَ لَكُمْ ۖ وَيَحْسَبُونَ أَنَّهُمْ عَلَىٰ شَيْءٍ ۚ أَلَا إِنَّهُمْ هُمُ الْكَاذِبُونَ

18. Allah onların hamısını dirildə­cəyi gün onlar sizə and iç­dik­lə­ri kimi, Ona da and içə­cək və nə isə əldə etdik­lərini güman edə­cək­lər. Əslində, on­lar əsl yalançılardır.

Təfsir

Allah o münafiqlərin hamısını etdikləri əməllərin əvəzini almaq üçün dirildəcəyi, onlardan heç birini buraxmayacağı gün, onlar sizə, ey möminlər, bu dünyada and içdikləri kimi, Allaha da axirətdə özlərinin müsalman olduqlarına dair and içəcək və Allaha and içdikləri bu andlar sayəsində nə isə əldə edəcəklərini və bu, həm onlara fayda verəcəyini, həm də onlardan zərəri dəf edəcəyini güman edəcəklər. Xeyr, onlar dünyada və axirətdə içdikləri andlarında əsl yalançılardır.

Oxuyucuda aç - Surəni tam oxu