Surə 58 · Cüz 28

Al-Mujadila · 58:19

اسْتَحْوَذَ عَلَيْهِمُ الشَّيْطَانُ فَأَنْسَاهُمْ ذِكْرَ اللَّهِ ۚ أُولَٰئِكَ حِزْبُ الشَّيْطَانِ ۚ أَلَا إِنَّ حِزْبَ الشَّيْطَانِ هُمُ الْخَاسِرُونَ

19. Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unut­dur­muş­dur. Onlar şeyta­nın firqəsindəndirlər. Şübhə yox­dur ki, şey­tanın firqəsində­kilər zi­yana uğrayanlardır.

Təfsir

Şeytan onları öz hökmü altına almış və öz vəsvəsəsi sayəsində Allahı zikr etməyi onlara unutdurmuş, onlar da, Allahı razı salmayan, əksinə, Onu qəzəbə gətirəcək əməllər etmişlər. Bu xislətləri özlərində əks etdirən o kəslər şeytanın əsgərləri və onun ardıcıllarıdır. Sözsüz ki, şeytanın əsgərləri və onun ardıcılları dünyada və axirətdə ziyana uğrayanlardır. Onlar doğru yolu verib azğınlığı və Cənnəti verib Cəhənnəmi satın almış kimsələrdir.

Oxuyucuda aç - Surəni tam oxu