Surə 58 · Cüz 28

Al-Mujadila · 58:1

قَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّتِي تُجَادِلُكَ فِي زَوْجِهَا وَتَشْتَكِي إِلَى اللَّهِ وَاللَّهُ يَسْمَعُ تَحَاوُرَكُمَا ۚ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ

1. Əri barəsində səninlə mü­bahisə edən və Allaha şikayət edən qa­dı­nın sözünü Allah eşit­di. Allah sizin söhbə­tinizi eşi­dir. Hə­qi­qə­tən, Allah Eşi­dən­dir, Görəndir.

Təfsir

Ey Peyğəmbər! Ovs ibn əs-Samit öz zövcəsini Xovlə bint Səaləbəni anaya bənzədərək onu özünə məhrəm saydığı zaman, əri barəsində sənə müraciət edən və ərinin etdiyindən Allaha şikayət edən Xovlənin sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir və bu söhbətdən heç nə Ona gizli qalmır. Həqiqətən, Allah Öz qullarının danışdığı sözləri eşidir, onların etdiyi əməlləri görür və bunlardan heç bir şey Ona gizli qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu