Surə 58 · Cüz 28

Al-Mujadila · 58:2

الَّذِينَ يُظَاهِرُونَ مِنْكُمْ مِنْ نِسَائِهِمْ مَا هُنَّ أُمَّهَاتِهِمْ ۖ إِنْ أُمَّهَاتُهُمْ إِلَّا اللَّائِي وَلَدْنَهُمْ ۚ وَإِنَّهُمْ لَيَقُولُونَ مُنْكَرًا مِنَ الْقَوْلِ وَزُورًا ۚ وَإِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ

2. Sizlərdən öz qadınlarını anaya bən­zədərək özlərinə ha­ram edən­lərin zöv­cə­­ləri onların ana­ları deyillər. Anaları an­caq on­ları doğ­muş qadınlardır. On­lar yaramaz və yalan söz danı­şır­lar. Şüb­hə­siz ki, Allah əfv edən­dir, Bağış­la­yan­dır.

Təfsir

Sizlərdən öz qadınlarını anaya bənzədərək özlərinə haram edənlər, yəni, onlardan hər birinin öz zövcəsinə: "Sən mənə anam kimi məhrəmsən" - deyənlər yalan danışırlar. Onların zövcələri heç də onların anaları kimi deyillər, əksinə, anaları onları dünyaya gətirmiş qadınlardır. Onlar o sözü deyəndə, çirkin və yalan söz danımış olurlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır. Allah onlar üçün, günahlarını yusunlar deyə, kəffarə vermələrini buyurmuşdur.

Oxuyucuda aç - Surəni tam oxu