Surə 58 · Cüz 28

Al-Mujadila · 58:3

وَالَّذِينَ يُظَاهِرُونَ مِنْ نِسَائِهِمْ ثُمَّ يَعُودُونَ لِمَا قَالُوا فَتَحْرِيرُ رَقَبَةٍ مِنْ قَبْلِ أَنْ يَتَمَاسَّا ۚ ذَٰلِكُمْ تُوعَظُونَ بِهِ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

3. Qadınlarını anaya bənzə­dib onları özlə­rinə haram edən, sonra söz­lə­­rini geri gö­türənlər on­lar­la yaxınlıq etməzdən əv­vəl bir kölə azad et­məlidirlər. Bu sizə verilən öyüd-nəsi­hət­dir. Allah nə et­dik­lə­rinizdən xəbərdardır.

Təfsir

O kəslər ki, bu çirkin sözü öz qadınlarına deyir, sonra da o qadınlarla yaxınlıq etmək istəyirlər, onlar o qadınlarla yaxınlıq etməzdən əvvəl kəffarə olaraq bir kölə azad etməlidirlər. Zikr olunan bu hökmün sizə əmr edilməsi, sizi bu çirkin əməldən çəkindirmək üçündür. Allah sizin nə etdiyinizdən xəbərdardır, etdiyiniz əməllərdən heç bir şey Ona gizli qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu