Surə 58 · Cüz 28

Al-Mujadila · 58:4

فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ مِنْ قَبْلِ أَنْ يَتَمَاسَّا ۖ فَمَنْ لَمْ يَسْتَطِعْ فَإِطْعَامُ سِتِّينَ مِسْكِينًا ۚ ذَٰلِكَ لِتُؤْمِنُوا بِاللَّهِ وَرَسُولِهِ ۚ وَتِلْكَ حُدُودُ اللَّهِ ۗ وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ

4. Buna imkan tapa bilmə­yən kəs, qa­dını ilə yaxınlıq et­məz­dən əv­­vəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çat­ma­yan kimsə alt­mış yoxsulu ye­dirt­mə­lidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətir­mə­niz üçündür. Bunlar Alla­hın qoy­du­ğu hüdud­lar­dır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir.

Təfsir

Sizlərdən kimin kölə azad etməyə imkanı yoxdursa, qoy öz anasına bənzətdiyi zövcəsi ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutusun. Kim də iki ay ardıcıl oruc tuta bilmirsə, qoy altmış miskini yedirtsin. Bizim buyurduğumuz bu hökm, sizin bunun Allah tərəfindən əmr edildiyinə iman gətirməniz və Onun əmrini yerinə yetirməniz üçündür. Sizə buyurduğumuz bu hökmlər Allahın Öz qulları üçün qoyduğu hüdudlardır, onları aşmayın. Allahın hökmlərini inkar edən və Onun hüdudlarını keçən kafirlər üçün şiddətli bir əzab vardır.

Oxuyucuda aç - Surəni tam oxu