Surə 57 · Cüz 27

Al-Hadid · 57:29

لِئَلَّا يَعْلَمَ أَهْلُ الْكِتَابِ أَلَّا يَقْدِرُونَ عَلَىٰ شَيْءٍ مِنْ فَضْلِ اللَّهِ ۙ وَأَنَّ الْفَضْلَ بِيَدِ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

29. Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Şübhəsiz ki, lütf Allahın əlin­dədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir.

Təfsir

Ey möminlər! Biz sizə, sizin üçün hazırladığımız böyük lütfümüz - qat-qat artırılan mükafat barədə aydınlıq gətirdik ki, yəhudilərdən və nəsranilərdən olan kitab əhli Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklərini - istədiklərinə nemət verməyə, istədiklərini də bundan məhrum etməyə qadir olmayacaqlarını bilsinlər. Onu da bilsinlər ki, lütf pak və müqəddəs Allahın əlin­dədir, onu Öz qullarında istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir. O, bu lütfü Öz qullarından istədiyi kimsəyə bəxş edər.

Oxuyucuda aç - Surəni tam oxu