Surə 57 · Cüz 27

Al-Hadid · 57:28

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَآمِنُوا بِرَسُولِهِ يُؤْتِكُمْ كِفْلَيْنِ مِنْ رَحْمَتِهِ وَيَجْعَلْ لَكُمْ نُورًا تَمْشُونَ بِهِ وَيَغْفِرْ لَكُمْ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ

28. Ey iman gətirənlər! Allah­dan qor­xun və Onun elçisinə iman gə­tirin! On­da O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə düz yolla getməyiniz üçün nur verər və sizi bağış­la­yar. Allah Ba­ğış­la­yandır, Rəhm­lidir.

Təfsir

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allah­dan qor­xun və Onun rəsuluna iman gə­tirin ki, O sizə Muhəmmədə (səllallahu aleyhi və səlləm) və əvvəlki peyğəmbərlərə iman gətirdiyinizə görə iki pay - savab və mükafat bəxş etsin, sizə dünya həyatınızda düz yolla getməyiniz, həmçinin, qiyamət günü sirat körpünün üstünü işıqlandırmanız üçün nur versin və günahlarınızı əff edib, onlara görə sizə cəza vermədən sizi bağışlasın. Pak və müqəddəs Allah Öz qullarını bağışla­yandır, onlara rəhm­ edəndir.

Oxuyucuda aç - Surəni tam oxu