Surə 58 · Cüz 28

Al-Mujadila · 58:7

أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ مَا يَكُونُ مِنْ نَجْوَىٰ ثَلَاثَةٍ إِلَّا هُوَ رَابِعُهُمْ وَلَا خَمْسَةٍ إِلَّا هُوَ سَادِسُهُمْ وَلَا أَدْنَىٰ مِنْ ذَٰلِكَ وَلَا أَكْثَرَ إِلَّا هُوَ مَعَهُمْ أَيْنَ مَا كَانُوا ۖ ثُمَّ يُنَبِّئُهُمْ بِمَا عَمِلُوا يَوْمَ الْقِيَامَةِ ۚ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

7. Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildi­yi­ni gör­mür­sən? Üç nəfə­rin ara­sında gedən elə bir xəlvəti söh­bət yox­dur ki, onların dör­dün­cüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bun­dan az, is­tər­sə də çox olsunlar – ha­rada olur­sa olsun­lar, Allah on­larladır. Sonra Qiya­mət günü on­lara nə etdiklərini xə­bər ve­rə­cək­. Allah hər şeyi bilir.

Təfsir

Ey Peyğəmbər! Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsənmi?! Orada olanlardan heç bir şey Allaha gizli qalmaz. Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, pak və müqəddəs Allah Öz elmi ilə onların dördüncüsü olmasın. Eləcə də, dörd nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, pak və müqəddəs Allah Öz elmi ilə onların beşincisi olmasın. İstər bu saydan az, istərsə də bundan çox olsunlar – harada olursa olsunlar, Allah Öz elmi ilə onların yanındadır. Onların söhbətlərindən heç bir şey Allahdan gizli qalmaz. Sonra qiyamət günü Allah onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi biləndir, heç bir şey Ona gizli qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu