Surə 58 · Cüz 28
Al-Mujadila · 58:6
يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيُنَبِّئُهُمْ بِمَا عَمِلُوا ۚ أَحْصَاهُ اللَّهُ وَنَسُوهُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ
6. O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcək. Allah onları hesaba almış, onlar isə etdiklərini unutmuşlar. Allah hər şeyə şahiddir.
Təfsir
Allah onların hamısını dirildəcəyi gün onlardan heç biri qaçıb canını qurtara bilməyəcək və Allah onlara dünyada etdikləri pis əməllər barədə xəbər verəcəkdir. Allah onların əməlləini hesaba almış və o əməllərdən heç bir şeyi buraxmamışdır. Amma onlar etdikləri əməlləri unutmuşlar, lakin hamısını yazılı şəkildə, o əməllərin kiçiyini və böyüyünü qeyd almış əməl dəftərində görəcəklər. Allah hər şeydən xəbərdardır, onların əməllərindən heç bir şey Ona gizli qalmaz.