Surə 58 · Cüz 28

Al-Mujadila · 58:16

اتَّخَذُوا أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ فَلَهُمْ عَذَابٌ مُهِينٌ

16. Onlar andlarını özlərinə sipər edib insanları Allah yo­lundan dön­dərdilər. Onları al­çaldıcı bir əzab gözləyir.

Təfsir

Onlar öz küfrlərindən dolayı qətlə yetirilməkdən xilas olmaq üçün andlarını sipər etdilər. Belə ki, onlar canlarını və mallarını qorumaq üçün müsəlman olduqlarına dair and içdilər və insanları haqq yoldan döndərməklə müsəlmanları zəiflətməyə və onların işlərinə əngəl törtməyə çalışdılar. Onları alçaldıcı və rüsvayedici bir əzab gözləyir.

Oxuyucuda aç - Surəni tam oxu