Surə 58 · Cüz 28
Al-Mujadila · 58:13
أَأَشْفَقْتُمْ أَنْ تُقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَاتٍ ۚ فَإِذْ لَمْ تَفْعَلُوا وَتَابَ اللَّهُ عَلَيْكُمْ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
13. Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz bunu etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır.
Təfsir
Yoxsa siz Peyğəmbərlə gizli söhbətinizdən əvvəl sədəqə verəcəyiniz təqdirdə kasıblayacağınızdan qorxdunuz? Əgər siz Allahın sizə əmr etdiyini yerinə yetirməmisinizsə və Allah da, verdiyi rüsxət sayəsində bu sədəqəni tərk etdiyinizə görə tövbənizi qəbul edibsə, onda namazı kamil şəkildə qılın və mallarınızın zəkatını verin, Allaha və Onun rəsuluna itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır, sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, sizin etdiklərinizin əvəzini verəcəkdir.