Surə 58 · Cüz 28

Al-Mujadila · 58:14

۞ أَلَمْ تَرَ إِلَى الَّذِينَ تَوَلَّوْا قَوْمًا غَضِبَ اللَّهُ عَلَيْهِمْ مَا هُمْ مِنْكُمْ وَلَا مِنْهُمْ وَيَحْلِفُونَ عَلَى الْكَذِبِ وَهُمْ يَعْلَمُونَ

14. Məgər sən, Allahın qə­zəbinə gələn adamlarla dostluq edən­lə­ri görmə­din­mi? Onlar nə sizdəndirlər, nə də on­lar­dan. Onlar bilə-bi­lə yalandan and içirlər.

Təfsir

Ey Peyğəmbər! Məgər sən, öz küfrləri və asilikləri üzündən Allahın qəzəbinə gəlmiş yəhudilərlə dostluq edən münafiqləri görmürsənmi?! Bu münafiqlər nə möminlərdəndirlər, nə də yəhudilərdən. Onlar dəyişkəndirlər, nə bunlara, nə də onlara tərəf olurlar. Onlar müsəlman olduqlarına və müsəlmanlar barədə yəhudilərə heç bir məlumat vermədiklərinə dair yalandan and içirlər.

Oxuyucuda aç - Surəni tam oxu