Surə 58 · Cüz 28
Al-Mujadila · 58:11
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قِيلَ لَكُمْ تَفَسَّحُوا فِي الْمَجَالِسِ فَافْسَحُوا يَفْسَحِ اللَّهُ لَكُمْ ۖ وَإِذَا قِيلَ انْشُزُوا فَانْشُزُوا يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
11. Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!”– deyildikdə yer verin ki, Allah da sizə geniş yer versin. Habelə sizə: “Qalxın!”– deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah nə etdiklərinizdən xəbərdardır.
Təfsir
Ey Allaha iman gətirənlər və Onun buyuruqlarını yerinə yetirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə, yer verin. Allah da sizə dünya həyatınızda və axirətdə geniş yer verər. Habelə, sizə: “Qalxın filan yerlərdən ki, fəzilətli insanlar ora otursun!” – deyildikdə, qalxın. Uca Allah sizdən iman gətirənləri ucaldar və özlərinə elm verilmiş kimsələri isə daha yüksək dərəcələrə ucaldar. Allah nə etdiklərinizdən xəbərdardır, sizin əməllərinizdən heç bir şey Ondan gizli qalmaz və o, bu əməllərin əvəzini sizə verəcəkdir.