Surə 58 · Cüz 28

Al-Mujadila · 58:21

كَتَبَ اللَّهُ لَأَغْلِبَنَّ أَنَا وَرُسُلِي ۚ إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ

21. Allah əzəldən belə yaz­mışdır: “Mən və elçilərim hök­mən qa­lib gələcəyik!” Həqiqə­tən, Allah Qüvvətlidir, Qüdrət­lidir.

Təfsir

Allah Öz əzəli elmi sayəsində belə yazmışdır: “Mən və Mənim elçilərim dəlil-sübut və güc-qüvvət sayəsində düşmənlərimizə hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Öz elçilərinin qalib gəlməsinə kömək göstərməyə gücü yetəndir, onların düşmənlərindən intiqam almağa qadirdir.

Oxuyucuda aç - Surəni tam oxu