Surə 58 · Cüz 28

Al-Mujadila · 58:22

لَا تَجِدُ قَوْمًا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ يُوَادُّونَ مَنْ حَادَّ اللَّهَ وَرَسُولَهُ وَلَوْ كَانُوا آبَاءَهُمْ أَوْ أَبْنَاءَهُمْ أَوْ إِخْوَانَهُمْ أَوْ عَشِيرَتَهُمْ ۚ أُولَٰئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ الْإِيمَانَ وَأَيَّدَهُمْ بِرُوحٍ مِنْهُ ۖ وَيُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ۚ أُولَٰئِكَ حِزْبُ اللَّهِ ۚ أَلَا إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْمُفْلِحُونَ

22. Allaha və Axirət günü­nə iman gətirən elə bir camaat tapa bil­məz­sən ki, onlar Alla­ha və Onun Rəsuluna düş­mən olan­larla – öz ata­ları, oğulları, qar­daşları, qohum-əqrəbaları ol­sa­lar belə – dost­luq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tə­rə­fin­dən bir ruhla dəstəkləmişdir. Allah onları ağac­ları altından çay­lar axan cən­nətlərə daxil edə­cək­. Onlar orada əbədi qala­caq­­lar. Allah onlardan razıdır, on­lar da Allahdan razıdırlar. On­lar Alla­­hın firqəsidirlər. Həqi­qə­tən, məhz Alla­hın firqəsi ni­cat ta­pan­lar­dır.

Təfsir

Ey Peyğəmbər! Sən Allaha və qiyamət gününə iman gətirən elə bir qövm tapa bilməzsən ki, onlar Allaha və Onun rəsuluna ədavət bəsləyənləri sevsinlər və onlarla dostluq etsinlər. Hətta, Allaha və Onun rəsuluna düşmən olan o kimsələr onların ataları, yaxud oğulları, yaxud qardaşları və ya özlərinin mənsub olduğu qohum-əqrəbaları olsalar belə. Çünki iman insanı Allahın və Onun rəsulunun düşmənləri ilə dostluq etməyə mane olur. Həm də, imana görə qurulan bağlılıq, digər balılıqların hamısından üstündür. Belə ki, seçim qarşısında qaldıqda, iman bağlılığını seçmək gərəkdir. O mömilər ki, Allaha və Onun rəsuluna düşmən olanları, - əqrəbaları olsalar belə, - özlərinə dost tutmurlar, Allah imanı onların qəlbinə möhkəm yerləşdirmişdir və o, heç vaxt dəyişməyəcəkdir, üstəlik, onları Öz tərəfindən bir dəlil və bir nur sayəsində qüvvətləndirmişdir. Qiyamət günü Allah onları qəsrləri və ağacları altından çaylar axan Ədn Cənnətlərinə daxil edəcəkdir. Onlar orada əbədi qalacaq və beləcə, nə Cənnətdə onlara veriləcək nemətlər tükənəcək, nə də onlar oranı tərk edəcəklər. Allah onlardan razı qalacaq və bundan sonra heç vaxt onlara qəzəbi tutmayacaq, onlar da, Allahın onlara əta etdiyi tükənməz nemətlərdən, xüsusəndə, Uca Allahı görməkdən razı qalacaqlar. Bu zikr edilən xislətləri özündə əks etdirən kimsələr, Allahın əmrlərini yerinə yetirən və qadağan etdiyi əməllərdən çəkinən ordusudur. Bilin ki, Allahın ordusu - məhz onlar dünyada və axirətdə istədiklərinə nail olacaq və çəkindiklərindən qorunacaq kimsələrdir.

Oxuyucuda aç - Surəni tam oxu