Surə 58 · Cüz 28
Al-Mujadila · 58:9
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا تَنَاجَيْتُمْ فَلَا تَتَنَاجَوْا بِالْإِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِيَتِ الرَّسُولِ وَتَنَاجَوْا بِالْبِرِّ وَالتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ الَّذِي إِلَيْهِ تُحْشَرُونَ
9. Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə danışmayın. Yaxşı işlər və Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanacağınız Allahdan qorxun!
Təfsir
Ey Allaha iman gətirənlər və Onun buyuruqarını yerinə yetirənlər! Yəhudilər kimi öz aranızda günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə xəlvətcə, altdan-altdan danışmayın. Öz aranızda Allaha itaət etmək və Ona asi olmamaq barədə danışın, Allahın əmrlərini yerinə yetirmək və qadağan etdiklərindən çəkinməklə Allahdan qorxun. Qiyamət günü siz haqq-hesaba çəkilmək və etdiyiniz əməllərin əvəzini almaq üçün təkcə Onun hüzuruna toplanacaqsınız.