Al-Hujurat

سورة الحجرات

Surə 49 · Mədani · 18 ayə

49:1Cüz 26 · s. 515

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُقَدِّمُوا بَيْنَ يَدَيِ اللَّهِ وَرَسُولِهِ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ1

1. Ey iman gətirənlər! Heç bir şeydə Allahı və Onun Rəsulunu qa­baq­lamayın. Allahdan qorxun! Həqiqətən, Allah hər şeyi eşi­­dəndir, hər şeyi bi­lən­dir.
49:2Cüz 26 · s. 515

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَنْ تَحْبَطَ أَعْمَالُكُمْ وَأَنْتُمْ لَا تَشْعُرُونَ2

2. Ey iman gətirənlər! Səsi­nizi Pey­ğəmbərin səsin­dən yük­səyə qaldır­mayın və bir-biri­ni­zə müraciət etdiyiniz kimi ona da uca səs­lə müraciət etməyin. Yox­sa, özünüz də hiss etmə­dən əməl­lə­ri­niz hədər gedər.
49:3Cüz 26 · s. 515

إِنَّ الَّذِينَ يَغُضُّونَ أَصْوَاتَهُمْ عِنْدَ رَسُولِ اللَّهِ أُولَٰئِكَ الَّذِينَ امْتَحَنَ اللَّهُ قُلُوبَهُمْ لِلتَّقْوَىٰ ۚ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ3

3. Həqiqətən, Allahın Rəsulu yanında səsini endirənlər o şəxs­lər­dir ki, Allah onların qəl­bini təqva üçün sınağa çək­miş­dir. Onları ba­­ğışlanma və bö­yük mükafat gözləyir.
49:4Cüz 26 · s. 515

إِنَّ الَّذِينَ يُنَادُونَكَ مِنْ وَرَاءِ الْحُجُرَاتِ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ4

4. Şübhəsiz ki, səni otaqların arxa­sın­dan səsləyənlərin əksə­riy­yə­ti nə etdik­lə­rini anla­mırlar.
49:5Cüz 26 · s. 516

وَلَوْ أَنَّهُمْ صَبَرُوا حَتَّىٰ تَخْرُجَ إِلَيْهِمْ لَكَانَ خَيْرًا لَهُمْ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ5

5. Sən onların qarşılarına çı­xanadək səbir etsəydilər, əl­bət­tə, bu, onlar üçün daha yax­şı olardı. Allah Bağış­layan­dır, Rəhmlidir.
49:6Cüz 26 · s. 516

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ جَاءَكُمْ فَاسِقٌ بِنَبَإٍ فَتَبَيَّنُوا أَنْ تُصِيبُوا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَىٰ مَا فَعَلْتُمْ نَادِمِينَ6

6. Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gə­tirsə, onu araş­dırın. Yoxsa bil­mədən bir qövmə pislik edər, sonra da bunun peş­man­çılığını çə­kər­si­niz.
49:7Cüz 26 · s. 516

وَاعْلَمُوا أَنَّ فِيكُمْ رَسُولَ اللَّهِ ۚ لَوْ يُطِيعُكُمْ فِي كَثِيرٍ مِنَ الْأَمْرِ لَعَنِتُّمْ وَلَٰكِنَّ اللَّهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ ۚ أُولَٰئِكَ هُمُ الرَّاشِدُونَ7

7. Bilin ki, Allahın Rəsulu ara­nız­da­dır. Əgər o, bir çox iş­lər­də si­zə güzəştə get­səydi, çə­tin­liyə düşərdiniz. Lakin Allah si­zə imanı sev­dirmiş, onu qəl­bi­nizə gö­zəl göstərmiş, sizdə küf­rə, günaha və asi ol­mağa qarşı nifrət oyatmışdır. Doğ­ru yolda olanlar da on­lar­dır.
49:8Cüz 26 · s. 516

فَضْلًا مِنَ اللَّهِ وَنِعْمَةً ۚ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ8

8. Bunlar Allahın lütfü və neməti sa­yəsindədir. Allah hər şeyi bi­ləndir, hikmət sahibidir.
49:9Cüz 26 · s. 516

وَإِنْ طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا ۖ فَإِنْ بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرَىٰ فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّىٰ تَفِيءَ إِلَىٰ أَمْرِ اللَّهِ ۚ فَإِنْ فَاءَتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا ۖ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ9

9. Əgər möminlərdən iki dəs­tə bir-biri ilə vuruşsa, onları ba­rış­dı­rın. Əgər onlardan biri digərinə qarşı təcavüz et­sə, tə­cavüzkar dəs­tə ilə, o, Allahın əm­ri­ni yerinə yetirməyə qayı­da­nadək, vuru­şun. Əgər o qa­yıt­sa, hər iki dəstəni əda­lətlə ba­rışdırın və insaflı olun. Söz­süz ki, Allah insaflıları sevir.

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ ۚ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ10

10. Möminlər, həqiqətən də qardaş­dırlar. Elə isə qardaşla­rınızı ba­rış­dırın və Allahdan qorxun ki, sizə rəhm edil­sin.
49:11Cüz 26 · s. 516

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَسْخَرْ قَوْمٌ مِنْ قَوْمٍ عَسَىٰ أَنْ يَكُونُوا خَيْرًا مِنْهُمْ وَلَا نِسَاءٌ مِنْ نِسَاءٍ عَسَىٰ أَنْ يَكُنَّ خَيْرًا مِنْهُنَّ ۖ وَلَا تَلْمِزُوا أَنْفُسَكُمْ وَلَا تَنَابَزُوا بِالْأَلْقَابِ ۖ بِئْسَ الِاسْمُ الْفُسُوقُ بَعْدَ الْإِيمَانِ ۚ وَمَنْ لَمْ يَتُبْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ11

11. Ey iman gətirənlər! Bir camaat di­gərini məsxərəyə qoy­ma­sın. Ola bilər ki, bunlar on­lardan daha yaxşı olsunlar. Qa­dınlar da qa­dınları lağa qoy­masınlar. Ola bilər ki, bunlar onlardan daha yax­şı ol­sunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə ça­­ğır­ma­yın. İman gətirdikdən son­ra fasiq adlan­maq necə də pis­dir. Məhz tövbə etmə­yənlər za­lımlardır.
49:12Cüz 26 · s. 517

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ ۖ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَبْ بَعْضُكُمْ بَعْضًا ۚ أَيُحِبُّ أَحَدُكُمْ أَنْ يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ ۚ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ تَوَّابٌ رَحِيمٌ12

12. Ey iman gətirənlər! Zən­nə çox qa­pılmayın. Çünki zənn edi­lən­lərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-biri­nizin qey­bətini qırma­yın. Siz­dən biriniz ölmüş qardaşının ətini yemək is­təyərmi? Siz ki, bun­dan iyrənirsiniz. Allahdan qorxun! Həqi­qə­tən, Allah töv­bə­ləri qəbul edəndir, Rəhm­li­dir.

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَىٰ وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا ۚ إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتْقَاكُمْ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ13

13. Ey insanlar! Biz sizi kişi və qadın­dan yaratdıq. Sonra bir-bi­ri­nizi tanıyası­nız deyə, si­zi xalqlara və qəbilələrə ayır­dıq. Şüb­hə­siz ki, Allah yanında ən hör­mətli olanınız Ondan ən çox qorxa­nı­nız­dır. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbər­dardır.
49:14Cüz 26 · s. 517

۞ قَالَتِ الْأَعْرَابُ آمَنَّا ۖ قُلْ لَمْ تُؤْمِنُوا وَلَٰكِنْ قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ ۖ وَإِنْ تُطِيعُوا اللَّهَ وَرَسُولَهُ لَا يَلِتْكُمْ مِنْ أَعْمَالِكُمْ شَيْئًا ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ14

14. Bədəvilər: “Biz iman gə­tirdik!”– dedilər. De: “Siz qəl­bən iman gətir­mə­di­niz! Ancaq: “Biz müsəlman olduq!”– de­yin. İman sizin qəlblər­inizə hələ daxil ol­mamışdır. Əgər Allaha və Onun El­çi­si­nə ita­ət etsəniz, O sizin əməllərinizdən heç bir şey əs­kiltməz. Şüb­hə­siz ki, Allah Bağışlayandır, Rəhmlidir!”
49:15Cüz 26 · s. 517

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ ۚ أُولَٰئِكَ هُمُ الصَّادِقُونَ15

15. Möminlər ancaq Allaha və Onun Rəsuluna iman gətirən, son­ra heç bir şəkk-şübhəyə düş­məyən, Allah yolun­da mal­ları və can­la­rı ilə cihad edən­lər­dir! İmanlarında sadiq olan­lar da məhz on­lar­dır.
49:16Cüz 26 · s. 517

قُلْ أَتُعَلِّمُونَ اللَّهَ بِدِينِكُمْ وَاللَّهُ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ16

16. De: “Siz dininizi Alla­ha­mı öy­rə­dirsiniz?” Halbuki Allah göy­lərdə olan­ları da, yerdə olanları da bilir. Allah hər şeyi bilir.
49:17Cüz 26 · s. 517

يَمُنُّونَ عَلَيْكَ أَنْ أَسْلَمُوا ۖ قُلْ لَا تَمُنُّوا عَلَيَّ إِسْلَامَكُمْ ۖ بَلِ اللَّهُ يَمُنُّ عَلَيْكُمْ أَنْ هَدَاكُمْ لِلْإِيمَانِ إِنْ كُنْتُمْ صَادِقِينَ17

17. Onlar müsəlman olduq­larına gö­rə sənə minnət qoyur­lar. De: “Müsəl­man olmusu­nuz deyə mənə minnət qoyma­yın! Əgər doğ­ru danışanlarsınızsa, bilin ki, əslində Allah sizi ima­na gə­tir­mək­lə sizə mərhə­mət göstərmişdir!”
49:18Cüz 26 · s. 517

إِنَّ اللَّهَ يَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ بَصِيرٌ بِمَا تَعْمَلُونَ18

18. Şübhəsiz ki, Allah göy­lərin də, yerin də qeybini bilir. Allah si­zin nə et­diklərinizi gö­rür.

Surənin əvvəlindən oxut

Muhammad Ayyub - Al-Hujurat · Tlawati