Surə 49 · Cüz 26

Al-Hujurat · 49:9

وَإِنْ طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا ۖ فَإِنْ بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرَىٰ فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّىٰ تَفِيءَ إِلَىٰ أَمْرِ اللَّهِ ۚ فَإِنْ فَاءَتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا ۖ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ

9. Əgər möminlərdən iki dəs­tə bir-biri ilə vuruşsa, onları ba­rış­dı­rın. Əgər onlardan biri digərinə qarşı təcavüz et­sə, tə­cavüzkar dəs­tə ilə, o, Allahın əm­ri­ni yerinə yetirməyə qayı­da­nadək, vuru­şun. Əgər o qa­yıt­sa, hər iki dəstəni əda­lətlə ba­rışdırın və insaflı olun. Söz­süz ki, Allah insaflıları sevir.

Təfsir

Ey möminlər! Əgər möminlərdən iki dəs­tə bir-biri ilə vuruşsa, siz, onların hər ikisini ixtilafa düşdükləri məsələdə Allahın şəriəti ilə hökm verməyə dəvət etməklə onları ba­rış­dı­rın. Əgər onlardan biri sülhə gəlməkdən imtina edib təcavüzünə davam etsə, tə­cavüzkar dəs­tə ilə, Allahın hökmünü yerinə yetirməyə qayı­da­nadək, vuru­şun. Əgər o, Allahın hökmünə qa­yıt­sa, hər iki dəstəni əda­lət və insafla ba­rışdırın və onların arasında hökm verdikdə ədalətli olun. Şübhəsiz ki, Allah özlərinin verdiyi hökmdə ədalətli olanları sevər.

Oxuyucuda aç - Surəni tam oxu