Surə 49 · Cüz 26
Al-Hujurat · 49:3
إِنَّ الَّذِينَ يَغُضُّونَ أَصْوَاتَهُمْ عِنْدَ رَسُولِ اللَّهِ أُولَٰئِكَ الَّذِينَ امْتَحَنَ اللَّهُ قُلُوبَهُمْ لِلتَّقْوَىٰ ۚ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ
3. Həqiqətən, Allahın Rəsulu yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir.
Təfsir
Həqiqətən, Rəsulullahın (səllallahu aleyhi və səlləm) yanında səslərini asta çıxaranlar, Allah onların qəlblərini təqva üçün sınağa çəkmiş və bunun üçün ixlaslı etmiş kimsələrdir. Onları günahlarının bağışlanması, buna görə cəzalandırılmaması və qiyamət günü böyük mükafat - Allahın onları Cənnətə daxil etməsi gözləyir.