Surə 49 · Cüz 26
Al-Hujurat · 49:2
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَنْ تَحْبَطَ أَعْمَالُكُمْ وَأَنْتُمْ لَا تَشْعُرُونَ
2. Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər.
Təfsir
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Allahın rəsulu ilə ədəb-ərkanla rəftar edin. Peyğəmbər (səllallahu aleyhi və səlləm) ilə danışanda, səsinizi onun səsindən artıq qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da adı ilə müraciət etməyin, əksinə, ona "ya peyğəmbər", yaxud "ya rəsul" deyə yumşaq tərzdə müraciət edin. Yoxsa buna görə, özünüz də hiss etmədən əməllərinizin savabı puç olar.