Surə 49 · Cüz 26

Al-Hujurat · 49:1

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُقَدِّمُوا بَيْنَ يَدَيِ اللَّهِ وَرَسُولِهِ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ

1. Ey iman gətirənlər! Heç bir şeydə Allahı və Onun Rəsulunu qa­baq­lamayın. Allahdan qorxun! Həqiqətən, Allah hər şeyi eşi­­dəndir, hər şeyi bi­lən­dir.

Təfsir

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Heç bir sözdə və ya hərəkətdə Allahdan və Onun rəsulundan önə keçməyin. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxun! Həqiqətən, Allah sizin söylədiklərinizi eşidir, etdiyiniz əməlləri də bilir. Bunlardan heç bir şey Ona gizli qalmaz və O sizə bu əməllərin əvəzini verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu