Surə 49 · Cüz 26

Al-Hujurat · 49:5

وَلَوْ أَنَّهُمْ صَبَرُوا حَتَّىٰ تَخْرُجَ إِلَيْهِمْ لَكَانَ خَيْرًا لَهُمْ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ

5. Sən onların qarşılarına çı­xanadək səbir etsəydilər, əl­bət­tə, bu, onlar üçün daha yax­şı olardı. Allah Bağış­layan­dır, Rəhmlidir.

Təfsir

Ey Peyğəmbər! Əgər səni zövcələrinin hücrələri arxasından səsləyən kimsələr, sən onların qarşılarına çı­xanadək səbir edib səni səsləməsəydilər və (sən bayıra çıxdıqda) səninlə asta səslə danışsaydılar, əl­bət­tə, bu, onlar üçün səni hücrə arxasından səsləməkdən daha xeyirli olardı. Çünki bu, ona ehtiram göstərmə və onu uca tutmaqdır. Allah həm onlardan, həm də qeyrilərindən tövbə edən kimsələri bağış­layır, onların cahilliyini əfv edir və onlara rəhm edir.

Oxuyucuda aç - Surəni tam oxu