Surə 49 · Cüz 26

Al-Hujurat · 49:6

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ جَاءَكُمْ فَاسِقٌ بِنَبَإٍ فَتَبَيَّنُوا أَنْ تُصِيبُوا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَىٰ مَا فَعَلْتُمْ نَادِمِينَ

6. Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gə­tirsə, onu araş­dırın. Yoxsa bil­mədən bir qövmə pislik edər, sonra da bunun peş­man­çılığını çə­kər­si­niz.

Təfsir

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Əgər bir fasiq sizə bir qövmdən xəbər gə­tirsə, o xəbərin doğruluğunu araş­dırın və onun doğru olduğunu təsdiqləməyə tələsməyin. Yoxsa, eşitdiyiniz xəbəri dəqiqləşdirmədən, barəsində həqiqəti bil­mədiyiniz halda bir qövmə pislik edər və onlara etdiyiniz bu pislikdən sonra xəbərin yalan olduğu sizə bəlli olduqda, tutduğunuz işin peş­man­çılığını çə­kər­si­niz.

Oxuyucuda aç - Surəni tam oxu